Anar Tağıyev: Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...

---
Anar Tağıyev - Hərb müstəvisində möhtəşəm qələbələr qazanaraq öz ərazi bütövlüyü, konstitusiya quruluşu və suverenliyini bərpa edən Azərbaycan diplomatik arenada Zəfərin fundamental əsaslarını möhkəmləndirir, regional sabitlik, təhlükəsizlik və əməkdaşlıq kontekstində müstəsna əhəmiyyət kəsb edən ardıcıl nailiyyətlərə imza atır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin praqmatik xarici siyasəti, uzaqgörən və məqsədyönlü strateji kursu postmüharibə mərhələsində Azərbaycan dövlətinin bütün hədəflərinin gerçəkləşməsini mümkün edir. Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin ilkin mərhələsində Qazax rayonunun işğalda olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycan tərəfə qaytarılması barədə razılıq əldə olunması bu baxımdan xüsusi önəm daşıyan tarixi hadisədir.
Hazırkı dönəmdə Ermənistanın ölkəmizin ilkin şərtlərinə uyğun olaraq qeyri-anklav kəndlərimizi hər hansı hərbi məcburetmə tədbirlərinə ehtiyac duyulmadan - bir güllə atılmadan, dinc şəkildə təhvil verməsi Prezident İlham Əliyevin “O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır” fikrinin əyani təsdiqi və real təzahürüdür. Bu, heç şübhəsiz, tarixi hərbi qələbənin fonunda böyük diplomatik uğurdur. Bununla, eyni zamanda, sərhəddə gərginliyə səbəb olacaq faktorlar aradan qaldırılır, delimitasiya və demarkasiya prosesi hər hansı süni müdaxilə olmadan davam etdirilir.
Bütün bu reallıqlar təsdiqləyir ki, Azərbaycan postmüharibə reallıqlarını qəbul etdirib, danışıqlar yeni gündəlik əsasında aparılır. Azərbaycan qətiyyətli mövqeyindən bir addım da geri çəkilmək niyyətində deyil. Belə prinsipial mövqeyin fonunda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması kimi məsələlərdə ölkəmizin təqdim etdiyi təkliflər baza prinsipləri kimi qəbul edilir, çünki beş prinsip beynəlxalq hüquq normalarına və sivil dəyərlərə əsaslanır. Yekun saziş isə ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. İki dövlət məhz Azərbaycanın təklif və təqdim etdiyi prinsiplər əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər. Bütövlükdə isə, Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli siyasəti qarşıda duran digər strateji hədəflərə çatmağa imkan verəcək.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Eldar Quliyev: “Bu gün Rusiya özünün Cənubi Qafqazda regional hegemonluğunun sonunu qəbul etmək istəmir”
İnkişafın Planlı Yol Xəritəsi – İlqar Hacıyev Ağstafada Sosial-İqtisadi İntibahın Səssiz Memarlarından biridir
Dövlətə Sadiq Xidmətin Ünvanı – Seymur Orucovun Rəhbərliyi ilə Ağstafa Yeni İnkişaf Dövrünə Addımlayır
Xətai Rayonunda Hüququn Təhlükəsizliyi – Polkovnik Vaqif Müslümovun Sarsılmaz Liderliyi
Azərittifaqın sədr müavini saxta şikayətçini tutarlı arqumentlərlə ifşa etdi
Həmçinin oxuyun:

Hacı Ruslan Həsənov: 8 Noyabr -Milli birliyimizin rəmzi

İslam İsmayılov : Zəfər zirvəsinə yüksələn qəhrəmanlar

Hacı Fərəc müəllim: Əldə olunmuş bu tarixi nəaliyyətlər Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir

Niyazi Bayramov: Tarixi missiya

Manaf Manafov: Azad edilmiş torpaqlara həyat qayıdır